Accessibility links

Vəkil: Kuşner bəzi Ağ Ev yazışmaları üçün şəxsi elektron poçtundan istifadə edib


ABŞ prezidenti Donald Trampın kürəkəni və Ağ Evin aparıcı müşaviri Cared Kuşner rəsmi administrasiyanın işlərinin müzakirəsi üçün şəxsi e-mail hesabından istifadə edib.

Kuşnerin vəkili Abbi Louel bazar günü bəyanatla çıxış edərək bildirib ki, bu ilin yanvarından avqust ayına qədər Kuşnerin şəxsi elektron poçt ünvanına gəldiyi və cavablandırdığı məktubların sayı 100-dən bir qədər azdır. Louel əlavə edib ki, Kuşnerin rəsmi Ağ Ev e-mail ünvanı əvəzinə şəxsi e-mail ünvanına göndərilən məktublar adətən xəbər məqalələri və ya siyasi şərhlərdən ibarət olub.

Vəkil deyib ki, Kuşnerə göndərilən bütün qeyri-şəxsi məktublar onun rəsmi Ağ Ev elektron poçtuna göndərilərək, yaddaşda saxlanılıb.

ABŞ qanunlarına əsasən prezidentin aldığı və göndərdiyi, cümlədən prezidentin icra aparatı və məsləhətçilərinin iş yazışmaları saxlanılmalıdır.

Tramp keçən ilki seçki kampaniyası dövrü dəfələrlə dövlət katibi olduğu vaxt rəsmi yazışmaları üçün şəxsi elektron poçt serverindən istifadə etdiyinə Hillari Klintonu tənqid edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG