Accessibility links

Mənbələr: Trampın kürəkəni məxfi məlumatlara çıxışdan məhrum edildi


ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin ən dəyərli ABŞ kəşfiyyat məlumatları toplumu olan Prezidentin Gündəlik Brifinqi adlanan sənədə çıxışı dayandırılıb.

Bu barədə məsələ ilə məlumatlı iki ABŞ rəsmisi xəbər verib.

Onların sözlərinə görə, bu addım Ağ Evdə dövlət sirlərinə çıxışa nəzarətin gücləndirilməsi çərçivəsində atılıb.

Trampın yaxın müşaviri olan Kuşner bir ildir ki, müvəqqəti təhlükəsizlik akkreditasiyası ilə işləyirdi.

Mənbələr onun tam məxfi məlumatlara çıxışdan ötən bir neçə həftədə məhrum edildiyini xəbər verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG