Accessibility links

Castin Trudo Kanadanın növbəti baş naziri olacaq


Seçkilərdə qələbə 43 yaşlı Trudonun siyasi karyerasında sürətli yüksəlişin nəticəsidir

Çərşənbə axşamı Kanadada keçirilən parlament seçkilərində Liberal partiyanın qalib gəlməsi ilə Castin Trudo Kanadanın növbəti baş naziri olacaq.

Kanada Yayım Şirkəti 338 üzvlük parlamentdə Liberalların 180 yer, hakimiyyətdən getməkdə olan baş nazir Stefen Harperin Mühafizəkarlar partiyasının 104, solçu Yeni Demokratik Partiyanın isə 36 yer tutacağını təxmin edir.

Bu səsvermə ilə Harperin baş nazir vəzifəsində doqquz illik hakimiyyəti sona çatır. Harper Trudonu bazar rtəsi Kalqaridə məğlubiyyətini qəbul etdyii çıxışında təbrik edib.

Seçkilərdə qələbə 43 yaşlı Trudonun siyasi karyerasında sürətli yüksəlişin nəticəsidir. O, Kanada tarixində ikinci ən gənc baş nazir olacaq. Keçmiş məktəb müəllimi olan Trudo ilk dəfə parlamentə 2008-ci ildə seçilib və 2013-cü ildə Liberllar partiyasının sədri seçilib. Liberallar partiyası 2006-cı ildən bəri üç dəfə ardıcıl olaraq seçkilərdə Mühafizəkarlar partiyasına məğlub olub.

Trudo bazar ertəsi Monrealda toplaşan kütlə önündə qalibiyyətini qeyd edərək bildirib ki, onun seçki kampaniyası “müsbət siyasətin nələr edə biləcəyini” göstərir.

Onun seçki platforması ən zəngin kanadalılar üçün vergiləri artırmaq, iqtisadiyyatı bərpa etmək üçün infrastruktur xərclərini artırmaq və Birləşmiş Ştatlarla münasibətləri yaxşılaşdırmaq kimi məsələlər ətrafında qurulub.​

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG