2016-cı ildə Amerika bizonları rəsmi olaraq Birləşmiş Ştatların məməlilər qrupuna aid milli heyvanlar siyahısına daxil edildi. Qədim zamanlarda Şimalı Amerika çöllərində milyonlarla bizon dolaşdığı halda, 1800-cü illərdə onların kökü kəsilməyə başladı. Lakin bizonların qorunmasına başlayandan sonra bu heyvanları şəxsi torpaqlardan tutmuş, milli parklara qədər Amerikanın hər ştatında görmək olar. Biz isə sizə bizonların Hollivud filmində çəkilməsi üçün Katalina adasına necə gəltirildiklərindən söhbət açacağıq.
Hollivudun tarixinə düşmək ümidi ilə Santa Catalina adasına çox sayda gətirilən bu qonaqlar burada özlərini rahat hiss edir. “1924-cü ildə filmdə çəkilmək üçün təxminən 14 bizon bu adaya gətirilib” deyə, Katalina Adasının Mühafizəsi təşkilatından Culi Kinq bildirir.
Film çəkilib qurtardıqdan sonra çəkiliş qrupu bizonları adada qoyaraq, oranı tərk etməklə yanaşı, həm də filmdə bizonların çəkildiyi hissələri kəsdi. Lakin indi Katalinaya gələn turistlərin diqqətini ən çox məhz bu heyvanlar cəlb edir. Bioloq Debi Rosen: “İnsanın ürəyi dayanır. Onlar çox möhtəşəm varlıqlardır.”
“Təsəvvür edə bilməsiniz, onlar necə böyükdür. Lakin siz onlara baxanda, yaxınlaşıb sığallamaq istəyirsiniz. Gözəl heyvanlardır” deyə, bioloq Hovi Rosen bildirir.
Culi Kinq: “Mən çox vaxt onları Amerika filləri adlandırıram. Onlar eyni şəkildə fəaliyyət göstərir. Onlar tüklü fillərdir.”
Şimali Amerika bizonlar üçün doğma məkan olsa da, Katalina onların dogma yeri deyil. Son 90 ildə bu adada əhalinin sayı o qədər artıb ki, artıq bizonların orada inkişafı mümkün olmayıb.
Culi Kinq: “2002-ci ildən başlayaraq biz dörd bizondan üçünü onların dogma torpaqlarına-Şimali və Cənubi Dakotadakı “Lakota Siu” və “Standing Rock” rezervasiyalarına köçürdük. Orada bizonları öz yerlərinə alışdırmağa çalışıldı. Orada 100 il idi ki bizon yox idi.”
Son illər dogma yerlərinə 500-ə qədər bizon köçürülüb. “Onlar yerli amerikalıların yemi, sığınacağı idi. Yerli əhali onların dərisindən özlərinə ev düzəldirdi. Onlar bizonların ətini yeyirdi. Bu, ekoloji baxımdan da faydalı idi” deyə, Debi Rosen bildirir.
Katalinada isə bizonlarla təbiət bir-birinə tam uyğunlaşıb.