Accessibility links

Cavad Abbasi: İranla nüvə anlaşmasının bərpası demokratiya və insan haqlarına bir zərbə olacaq


Cavad Abbasi
Cavad Abbasi

Siyasi fəal Cavad Abbasi İranla nüvə anlaşmasının bərpa edilməsini demokratiya və insan haqlarına böyük bir zərbə olacağını ifadə edir. O, Amerikanın Səsi ilə söhbətdə deyir ki, “42 ildir bu rejimin keçmişinə və davranışına baxdığımızda görürük ki, bu rejim heç bir şəkildə islah olacaq, reforma gedəcək bir sistem deyil.”

Cavad Abbasi: İranla nüvə anlaşmasının bərpası demokratiya və insan haqlarına bir zərbə olacaq
please wait

No media source currently available

0:00 0:14:12 0:00

“Bugün İrana baxdığımızda, işsizlik, pandemiyanın geniş yayılması, hakimiyyət içində çatlaq, korrupsiya, rejimin içində bir çarəsizlik hakimdir. İran öz içərisində öz təhlükəsizliyini, hətta öz alimlərini, önəmli hərbi qüvvələrini qorumaqda çətinlik çəkir,” Abbasi söyləyir.

İran öz içərisində öz təhlükəsizliyini, hətta öz alimlərini, önəmli hərbi qüvvələrini qorumaqda çətinlik çəkir

Onun sözlərinə görə, İran hakimiyyəti bu durumda 2015-ci ildə imzalanan nüvə razılığının eynisinin bərpa edilməsini arzulayır:

“Bu durumda İranın istəyi nədir? Bütün sanksiyalar qalxsın, İrana fürsət yaradılsın ki BVF-dan borc ala bilsin. Bloklanmış mal-varlıqları azad edilsin və beləliklə əli qlobal sərmayə və qlobal ticarətə çatsın. İranın istədiyi budur ki, qayıtsın 2015-dəki anlaşmaya.”

Keçən ay İranın uranı zənginləşdirmə səviyyəsini 60 faizə çıxaracağını elan etməsi danışıqların çətinləşməsinə yol açmışdı. Lakin, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bir neçə gün öncəki açıqlamalarına görə, İran uranı zəngiləşdirmə səviyyəsini 63 faizə, yəni hətta elan etdiyi səviyyənin 3 faiz üzərinə çıxarıb.

Cavad Abbasinin fikrincə, İran höküməti belə addımlarla Qərb ölkələrini müzakirələrdən daha tez nəticə almağa razı salmaq istəyir.

“O biri tərəfdən də ABŞ Dövlət katibi Blinken və Milli Təhlükəsizlik üzrə məsləhətçi Ceyk Sallivan deyirlər ki, biz anlaşma istəyirik amma, pis bir anlaşma istəmirik. Ərəb ölkələri, İsrail və onların Amerikadaki lobbiləri də anlaşmaya qarşıdır,” siyasi fəal bildirir.

Əgər bu formada rejimlə anlaşmağa gedilirsə, bu, demokratiya və insan haqlarına böyük bir zərbə və rejimin bu aqressiv hərəkətlərinə, edamlara və insan haqları aktivistlərini həbsxanalarda çürütməsinə yaşıl işıq verməkdir.

O, İran daxilində də danışıqlara dair fərqli səslərin çıxdığına diqqət çəkir. Lakin, İran hakimiyyətinin sazişin bərpa edilməsindən başqa çarəsinin olmadığını vurğulayır.

Cavad Abbasi nüvə sazişinin bərpa edilməsinin insan haqları və demokratiyaya qarşı bir zərbə olacağını ifadə edir:

“42 ildir bu rejimin keçmişinə, davranışına baxdığımızda görürük ki, bu rejim heç bir şəkildə islah olacaq, reforma gedəcək bir sistem deyil. Çünki, yanlış bir ideologiya və sistem üzərində qurulub. Əgər bu formada rejimlə anlaşmağa gedilirsə, bu, demokratiya və insan haqlarına böyük bir zərbə və rejimin bu aqressiv hərəkətlərinə, edamlara və insan haqları aktivistlərini həbsxanalarda çürütməsinə yaşıl işıq verməkdir.”

Cavad Abbasi əlavə edir ki, “ümid edirik Amerika gerçək mənada insan haqları, demokratiya və ədaləti müdafiə etsin və İran millətlərinin gerçək təmsilçiləri ilə iş birliyi apararaq, bu rejimə və bu fəlakətə son qoyulsun.”

XS
SM
MD
LG