Accessibility links

Ural Hatəmi: İranda seçkiləri Xameneyi və ona mənsub qurumlar yönləndirir


Sosioloq Ural Hatəmi Amerikanın Səsi ilə söhbətdə iyun ayında keçiriləcək prezident seçkilərinin ərəfəsində İrandaki siyasi-iqtisadi vəziyyəti və İran toplumunun seçki davranışlarını dəyərləndirib.

please wait

No media source currently available

0:00 0:15:29 0:00

Ural Hatəmi seçkilər ərəfəsində İran əhalisinin keçmiş dövrlərə nəzərən həyəcansız və ümidsiz olduğunu vurğulayır.

Keçmiş seçkilərə baxdığımız zaman bugünkü həyəcansızlıq və ümidsizlik daha çox diqqət çəkir.

“Keçmiş seçkilərə baxdığımız zaman bugünkü həyəcansızlıq və ümidsizlik daha çox diqqət çəkir. Bunu dəyərləndirmək üçün təbii ki, ölkədə sahə araşdırmaları aparılmalıdır. Buna imkan yoxdur. Ancaq hökümətin özünə bağlı bir sıra mərkəzlərin həyata keçirdiyi bəzi araşdırmalar var. Bu araşdırmalar da göstərir ki, xalqın içində seçkilərə dair böyük bir ümidsizlik var. Hətta bunların birində iştirak səviyyəsi üçün 32 faiz rəqəm verilib. 40 faiz, 50 faiz deyənlər də var,” təhlilçi söyləyir.

O əlavə edir, “əlbəttə bu araşdırmaların fərqli dəyişkənləri vardır. Mütləq qatılmaq istəyənlər, hələ qərar verməyənlər, mütləq qatılmaq istəməyənlər və bu kimi cavabları nəzərdə tutaraq bu araşdırmaları aparıblar. Ancaq hamısında toplumdaki ümidsizliyi görmək olur.”

Ural Hatəmi həmçinin ali dini lider Seyyid Əli Xameneyinin prezident seçkilərində oynadığı rolu dəyərləndirir:

“İranda Xameneyiyə qarşı çıxan, ona müxalifət edən heç kimsə yoxdur. O, istədiyini edir. Bu gün koronavirus pandemiyasından tutun, ölkənin iqtisadiyyatı və ölkənin hərbi məsələlərinə qədər hər şeyin qərarını Xameneyi verir ölkədə. Seçkilər də eyni şəkildə.”

Hatəmi bütün namizədlərin öncə “Vilayət Fəqih”, yəni Xameneyiyə məsub qurumların filterindən keçib, ən son qərarın da Xameneyinin özünün verdiyini ifadə edir:

İran demokratiyası və ya özlərinin dediyi şey dini demokratiya budur.

“Mən düşünmürəm ki, sabah millətə təqdim edilən namizədlər Xameneyinin razılığı alınmadan veriləcək. Bunlar fərqli filterlərdən keçib Xameneyiyə gedən adlardır. Xameneyi də onların içindən seçəcəkdir. Tək bir nəfər seçməsə də, bir neçə nəfər seçib və xalqa deyəcək ki, bunların içindən seçin! Yəni İran demokratiyası və ya özlərinin dediyi şey dini demokratiya budur.”

İranda məclis və prezident seçkilərində namizədlər müxtəlif siyasi, ictimai və etnik qrupların tələblərinin yerinə yetirilməsinə dair vədlər verirlər. Hazırkı prezident Həsən Ruhani seçki kampaniyalarında İran Azərbaycanında Təbriz və Urmiyə kimi şəhərlərdə türk dilində təhsil və Türk Dil Qurumunun təsisinə dair vədlər vermişdi. Ancaq o, təqribən 2 həftə əvvəlki söhbətlərində ana dilində təhsil tələbini “bədxahların konspirasiyası” kimi dəyərləndirdi.

“Həsən Ruhani gəldi müəllimlər günü münasibəti ilə İranda rəsmi/milli dil və məhəlli dil məsələsini ayırdı. Məhəlli dilin rəsmiləşməsinin yalan və saxta bir şey olduğunu iddia etdi. İranda türk dilinin rəsmi olmasını istəyənlərə düşmən adı verdi. Bu, düşmənlərin işidir dedi. Onun prezident dövrünün bitməsinə az qala bunları deməsi çox mənalı idi. Bunları deməsi seçkilərdə bunun himayə edəcəyi kimlər varsa, onlar üçün bir mesaj idi xalqa. Və ya o mərkəziyyətçi və pan-İranist qruplara mesaj idi ki, baxmayaraq ki, mən 4 il öncə, 8 il öncə o sözləri dedim amma, mənim əsas düşüncəm budur” - deyə, Ural Hatəmi qeyd edir.

XS
SM
MD
LG