Accessibility links

Cavid Hüseynov 4 il azadlıqdan məhrum edilib


Cavid Hüseynov həbs edilib
Cavid Hüseynov həbs edilib

Mayın 31-də Səbael rayon Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynova hökm oxunub.

Məhkəmənin hökmü ilə futbolçu 4 il azadlıqdan məhrum edilib.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (hazırlanmaqda olan ağır cinayət barədə xəbər verməmək) və 307.2 (ağır cinayətin ört-basdır edilməsi) maddələri üzrə təqsirli bilinib.

C.Hüseynov ittihamları qəbul etməyib, məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyiblər.

Xatırladaq ki, R.Əliyev və C.Hüseynov arasında münaqişəyə jurnalistin Facebook-da futbolçunun xoşagəlməz hərəkətləriylə bağlı yazısı səbəb olub. Bundan sonra jurnalist C.Hüseynovun qohumu tərəfindən hədələrə məruz qalıb. C.Hüseynov özü də jurnalistə telefon edərək danışıb. Mərhum ölümündən öncə bildirib ki, C.Hüseynov ona barışıq təklif edib, lakin görüşə gələndə, artıq döyülmüşdü. Bu, avqustun 8-də baş verib. Bir gündən sonra R.Əliyev xəstəxanada vəfat edib. Jurnalistin döyülməsində iştirak edən beş nəfər 9 ildən 13 ilədək azadlıqdan məhrum edilib.

Öz növbəsində, Rasim Əliyevin ailəsi Cavid Hüseynovla bağlı məhkəmənin qərarını normal qarşılayır.

"Məhkəmənin qərarını normal qarşılayırıq. Ona bundan artıq cəzası düşürdü. Amma qanun budur. Prokuror 4 il istəyib, hakim də 4 il həbs verib", Rasim Əliyevin atası Məmmədəli Əliyev Amerikanın Səsinə bildirib.

O məhkəmənin hökmündən şikayət verib-verməyəcəkləri ilə bağlı hələ qərar qəbul etmədiklərini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG