ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) ölkənin bəzi bölgələrindəki peyvəndlənmiş insanlara qapalı yerlərdə iki ay əvvəl verdiyi qərarı geri çevirərək maska taxmalarını tövsiyə edəcəyi gözlənilir.
Qərar barədə məlumatı olan federal rəsmilər xəbər agentliklərinə bildirib ki, CDC-nin peyvənd nisbəti az olan bölgələrdə yoluxmaların artdığına görə çərşənbə axşamı elan etməsi gözlənilir.
Artan yoluxmalar COVID-19-a səbəb olan koronavirusun olduqca yoluxucu Delta variantı ilə əlaqədardır.
Həmçinin tam peyvəndlənmiş insanlar arasında iyoluxma hallarında da artım müşahidə olunur. Belə olan halda, Delta variantının virusun əvvəlki versiyalarından daha çox infeksiyalara səbəb ola biləcəyi təxmin edilir.
Səhiyyə rəsmiləri peyvəndlərin Delta variantının da daxil olduğu yoluxmanların ən pis nəticələrinə qarşı təsirli olduğunu qeyd edir.
Bazar günü Ağ Evin tibbi məsləhətçisi və ABŞ-ın yüksək səviyyəli yoluxucu xəstəliklər üzrə mütəxəssisi Antoni Fauçi peyvəndləmə nisbəti az olan bölgələrdə yeni infeksiyaların artdığı üçün maska təlimatlarının nəzərdən keçirildiyini deyib. CDC 30 ştatda sakinlərin yarısından azının tam vaksinasiya olunduğunu bildirir.
May ayında CDC tam peyvəndlənmiş insanlardan artıq maskalar taxma və ya digər insanlardan altı metrlik sosial məsafəni qorumaq tələb olunmayacağını demişdi. Agentlik hələ də insanlara ictimai nəqliyyatda və izdihamlı açıq tədbirlərdə maska taxılmasını tövsiyə edir.
Bir neçə ay ərzində ABŞ-da COVID-19 yoluxmaları, ölümlər və xəstəxanalara yerləşdirilmələr azalmış, lakin son iki ayda koronavirusun Delta variantı yayılmağa başladıqca bu tendensiya dəyişib.
New York Times son həftələrdə St. Luis, Missuri, Corciya, Savanna və Massaçusetts, Provinstaun da daxil olmaqla, bir neçə şəhər və qəsəbənin qapalı yerlərdə maskadan istifadə qaydalarını bərpa etdiklərini yazır.