Accessibility links

Hərbi attaşelərə cəbhədəki durumla bağlı məlumat verilib


Hərbi attaşelərlə görüş
Hərbi attaşelərlə görüş

Aprelin 4-də Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində toplantı keçirilib.

Müdafiə Nzirliyinin mətbuat xidmətinin məlumatına görə, toplantıda Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov iştirak edib.

Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı, o cümlədən atəşkəsin pozulması səbəbləri, ermənilərin müdafiənin ön xəttinə etdiyi basqın cəhdləri, erməni silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan mütəmadi olaraq cəbhə xətti boyu yerləşən Azərbaycan kəndlərinin atəşə tutulması barədə hərbi attaşelərə məlumatlar təqdim edilib.

Bundan əlavə, hərbi attaşelər mülki əhalinin yaşayış binalarının, nəqliyyat vasitələrinin və sahəyanı ərazilərinin intensiv artilleriya silahlarından atəşin altında saxlanması, bunun nəticəsi olaraq düşmənin təxribatçı hərəkətlərinin qarşının alınması barədə məlumatlandırılıb.

Sonda toplantı iştirakçılarının sualları cavablandırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG