Accessibility links

Cəbhədə gərginlik davam edir


Azərbaycan ordusu
Azərbaycan ordusu

Son sutka ərzində müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə erməni hərbçilərinin cəmləşdiyi nöqtələrə minaatanlardan vurulan zərbələr nəticəsində erməni tərəfi canlı qüvvə sarıdan onlarla itki verib, onun bir neçə avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti bildirir ki, Ermənistan tərəfi döyüş itkilərinin sayını yenə də azaltmaq üçün, Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, səngərlərə yerləşdirilən mülki əhalinin, eləcə də Yaxın Şərqin müxtəlif qaynar nöqtələrindən gələn muzdluların məhv edilməsi faktlarını gizlədir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, qoşunların təmas xəttində son günlər vəziyyətin daha da gərginləşdirilməsi, erməni tərəfinə qarşı tətbiq olunacaq cəza tədbirləri və verəcəyi itkilərə görə bütün məsuliyyət yenə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

“Son günlər Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində həm Azərbaycan-Ermənistan dövlət sərhədi, həm də işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Ermənistanın işğalçı rəhbərliyinin məqsədyönlü surətdə gərginliyi artırması Azərbaycan tərəfini cavab tədbirləri görməyə məcbur edib”, Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən bildirir ki, Azərbaycan tərəfi son sutka ərzində müxtəlif çaplı atıcı silahlar, minomyotlar və raket qurğulıarından istifadə etməklə atəşkəs rejimini 240 dəfə pozub. Rəsmi mənbələr itkilər barədə məlumat vermir.

Azərbaycan Müdafiə Nazirliyi isə bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 99 dəfə pozub.

Mətbuat Xidməti bildirir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq ermənilərinatəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 100 dəfə atəş zərbəsi endirib.

Xatırladaq ki, cəbhədəki son gərginliklər ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin təmas xəttində və sərhədlərdə gərginliyin azaldırlmasının vacibliyi, münaqişənin hərbi yolla həllinin olmaması, iki ölkə prezidentinin dekabrda gözləninlən görüşünə dəstək verdikləri barədə birgə bəyanatından sonraya təsadüf edir.

XS
SM
MD
LG