Accessibility links

Cəbhə xəttində gərginlik


Cəbhə xətti
Cəbhə xətti

Avqustun 8-də cəbhənin Xocavənd-Füzuli istiqamətində (Bakıdan 330 kilometr cənub-qərb) Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə Azərbaycan Ordusunun mövqelərnə basqın etməyə cəhd göstərib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib. Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir,” məlumatda qeyd edilir.

Müdafiə Nazirliyi rəsmi internüet saytında məlumatının təsdiqi kimi video görüntülər də yayıb.

Ermənistan mediası rəsmi mənbələrə istinadən Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edib.

Panarmenian.net xəbər portalının yazdığına görə, Dağlıq Qarabağdakı erməni qüvvələrinin sözçüsü Senor Hasratyan Azərbaycan tərəfin iddialarını “Bakının növbəti hoqqası” adlandırıb. Facebook-da yaydığı bəyanatda Hasratyan insident barədə deyilənləri Azərbaycan hökumətinin daxili auditoriya üçün uydurduğu “nağıl” kimi təsvir edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG