Accessibility links

Azərbaycan hərbçisi yaralanıb


Cəbhə xəttində Azərbaycan bayrağı
Cəbhə xəttində Azərbaycan bayrağı

Naxçıvan Muxtar Respublikası istiqamətində Ermənistan tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Samit İsrəfilov yaralanıb. Hərbi qulluqçuya tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

"Azərbaycan Ordusunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir", mətbuat xidməti qeyd edir.

Ermənistan tərəfi Azərbaycan Müdafiə Nazirliyinin məlumatına hələ münasibət bildirməyib.

XS
SM
MD
LG