“Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti dəfə təxribat törətmək cəhdinin qarşısı alınıb. Azərbaycan Ordusu onun fəaliyyətini əvvəlcədən aşkar edərək qabaqlayıcı atəş zərbələri vurub”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda erməni tərəfinin itki verdiyi qeyd edilir.
Öz növbəsində erməni tərəfi bildirib ki, Azərbaycan Silahlı Qüvvələri cəbhənin şərq (Ağdam) və şimal-şərq (Tərtər) istiqamətlərində minaatan və artilleriya qurğularından atəş açıb. İtki barədə məlumat verilmir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin başqa bir xəbərində isə deyilir ki, fevralın 22-də Qarabağ cəbhəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Xanoğlan Xəlilov həlak olub.
Əsgər ermən tərəfin artilleriya atəşi nəticəsində həlak olub.