Accessibility links

Müdafiə Nazirliyi: Ermənistanın zenit-raket kompleksi və şəxsi heyəti məhv edilib [Video]


Zenit-raket kompleksinin vurulması anı
Zenit-raket kompleksinin vurulması anı

Nazirlik bunu əks etdirən video və fotolar yayıb

Mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində (Bakıdan 440 kilometr cənub-qərb) Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi Azərbaycan Ordusu tərəfindən məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti bildirir ki, Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

“Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib”, Müdafiə Nazirliyinin məlumatında deyilir.

Azərbaycan Müdafiə Nazirliyi rəsmi internet saytında qurğunun vurulmasının əks edildiyini bildirdiyi video-görüntü və fotolar da yayıb.

Məlumat üçün bildirək ki, ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.

Ermənistan tərəfi hələ Azərbaycan Müdafiə Nazirliyinin məlumatına münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG