Accessibility links

Cəbhədə gərginlik-mülki insanlar həlak olub


Ermənilərin atəşi nəticəsində Azərbaycanın 2 mülki şəxsi ölüb, 1 nəfər yaralanıb (Foto arxivdəndir)
Ermənilərin atəşi nəticəsində Azərbaycanın 2 mülki şəxsi ölüb, 1 nəfər yaralanıb (Foto arxivdəndir)

İyulun 4-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti atəş nəticəsində kənd sakinləri Şəlalə Quliyeva və Zəhra Quliyevanın həlak olduğunu bildirir.

“Atəş nəticəsində qəlpə yarası alan Sərvinaz Quliyeva isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb”, xəbərdə deyilir.

Dağlıq Qarabağ
Dağlıq Qarabağ

Mətbuat xidməti bildirir ki, hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən cəbhədə atəşkəsin pozulduğunu və atəşin ilk olaraq Azərbaycan Ordusu tərəfindən açıldığını bildirir. Rəsmi Yerevan erməni tərəfindən itkilər və yaralılar olması barədə məlumat vermir.

Ermənistan mediası həmçinin Azərbaycan tərəfində mülki vətəndaşlar arasında telefon danışığının olduğu kimi təqdim edilən audo yazı yayıb. Audio yazıda olan danışıqda Alxanlı kəndində mülki vətəndaşların həlak olması barədə məlumat yer alıb.

Cəbhədə gərginlik ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona iyun ayında reallaşdırdıqları səfərlərinin yekunu ilə bağlı Vyanada Minsk qrupunun üzvlərini məlumatlandırdıqdan bir gün sonra baş verib.

Eyni zamanda, cəbhədə baş verənlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində keçiriləcəyi planlaşdırılan görüşü ərəfəsinə təsadüf edir.

XS
SM
MD
LG