Accessibility links

Müdafiə Nazirliyi və Minsk Qrupu bəyanat yayıb


Cəbhə xətti (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)
Cəbhə xətti (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

Azərbaycan Müdafiə Nazirliyi və ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan xarici işlər nazirinin cəbhədə gərginliyin gözlənilməsi ilə bağlı bəyanatından sonra bəyanatla çıxış edib.

“Azərbaycan Silahlı Qüvvələri cəbhə xətti boyunca qüvvə və texnika cəmləşdirmir və Ermənistan xarici işlər nazirinin bununla bağlı fikirləri əsassızdır”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Eyni zamanda nazirlik bildirir ki, qarşı tərəf öz ictimaiyyətini daxili problemlərdən yayındırmaq üçün hərbi təxribata əl ata bilər.

“Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir. Gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir. Bəyan edirik ki, qoşunların təmas xəttində düşmənin vəziyyətin kəskinləşməsinə yönələn istənilən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq”, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd edilir.

ATƏT-in Minsk qrupunun həmsədrləri də regiondakı durumla bağlı bəyanat yayıb.

Həmsədrlər həssas dövrdə tərəflərin atəşkəsə hörmətlə yanaşmasının, o cümlədən ağır texnikanın arxa cəbhədə saxlanmasının vacibliyini vurğulayır.

“Həmsədrlər tərəfləri gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə, münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqları bərpa etməyə çağırır”, bəyanatda qeyd edilir.

XS
SM
MD
LG