Accessibility links

İyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində (Bakıdan 320 kilometr cənub-qərb) Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidməti məlumat yayıb.

Xəbəri Ermənistan tərəfi təsdiq edib. Ermənistan mediası rəsmi qurumlara istinadən bildirir ki, PUA iyunun 19-da saat 11.20-də qoşunların təmas xəttində monitorinq apararkən vurulub.

XS
SM
MD
LG