Accessibility links

Meyitlər qaytarılır


Əsgər papağı
Əsgər papağı

Qarabağda qoşunların təmas xəttində Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında həlak olanların cəsədlərinin dəyişdirilməsi prosesi baş tutub.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, qarşılıqlı razılaşmaya uyğun olaraq Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri aprelin 10-da qoşunların təmas xəttində qaytarılıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib.

Məlumatda deyilir ki, proses zamanı qarşı tərəf atəşkəs rejimini pozub.

Bununla yanaşı, komissiya Azərbaycvanın və Ermənistanın qaytardığı meyitlərin sayı ilə bağlı məlumat vermir.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən Ermənistana 18 hərbçinin meyitinin qaytarıldığını, Azərbaycana isə 13 hərbçinin meyitinin verildiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG