Martın 13-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması zamanı hərbi qulluqçu Orxan Quliyev həlak olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.
“Həlak olmuş hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq və düşmənə vurulacaq zərbə daha da sarsıdıcı olacaq”, Müdafiə Nazirliyi bildirir.