Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti Ermənistanın iki pilotsuz uçan aparatının məhv edildiyini bildirir.
Mətbuata xidmətinin məlumatına görə, iyulun 4-də cəbhənin Tərtər rayonu (Bakıdan 340 kilometr qərb) istiqamətində Silahlı Qüvvələrin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat (PUA) Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.
Ermənistan tərəfi Azərbaycan Müdafiə Nazirliyinin məlumatı ilə bağlı hələ açıqlama verməyib.