Accessibility links

Azərbaycan Hərbi Hava Qüvvələri təlim-döyüş uçuşları keçirir


Helikopter
Helikopter

Azərbaycanın Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri cəbhəboyu zona üzərində (Ermənistan-Azərbaycan cəbhə xətti-red) təlim-döyüş uçuşları keçirir.Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, təlimlərdə döyüş vəziyyətinə yaxın və şərti düşmən tərəfindən radioelektron maneələrin tətbiqi şəraitinə uyğun, düşmənin yerüstü, hava-hücumundan müdafiə qurğuları və digər hədəflərinə zərbə endirmək, quru qoşunları ilə qarşılıqlı əlaqədə fəaliyyət üzrə tapşırıqlar məşq etdirilir.

Xatırladaq ki, son dövrlər cəbhə xətti boyunca qarşı tərəflər dəfələrlə hərbi təlimlər keçirib.

XS
SM
MD
LG