Accessibility links

Cəbhədə durum yenidən gərginləşib


Fevralın 12-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmərinin məlumatında deyilir.

“Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə düşmən 5-7 nəfər itki verib”, mətbuat xidməti qeyd edir.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarət altındadır.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən cəbhə xəttində gərginliyin artdığını və Azərbaycan Ordusunun hərəkətlərinə qarşı tədbirlərin görüldüyünü bildirir. Erməni rəsmi mənbələri itkilərlə bağlı məlumat vermir.

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinə 122 atəş zərbəsi endirdiyini, erməni rəsmi mənbələri isə 4500 atəş zərbəsi aldığını qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG