Accessibility links

Müdafiə Nazirliyi: Cəbhə boyu gərginlik davam edir [Videolar]


Hərbi təlim
Hərbi təlim

Nazirlik bildirir ki, ermənilərin 70 nəfərədək canlı qüvvəsi, 20-dək hərbi texnikası sıradan çıxarılıb

Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlunmatında deyilir.

Məlumatda deyilir ki, cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

“Bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb. Aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib”, mətbuat xidməti qeyd edir.

Nazirlik bildirir ki, Azərbaycanın cəbhənin Xocavənd-Füzuli istiqamətində yerləşən hərbi birlikləri də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrinə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə ermənilərin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb.

“Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb. Bütün cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə igidlik və rəşadətlə vuruşan Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 16 nəfəri şəhid olub”, mətbuat xidmətinin məlumatında deyilir.

Müdafiə Nazirliyi bildirir ki, hazırda cəbhədə əldə edilən əməliyyat üstünlüyünü saxlamaq məqsədilə Silahlı Qüvvələr müvafiq tədbirlər həyata keçirir.

Müdafiə Nazirliyi rəsmi saytında erməni qüvvələrinin qərargahının və tankının vurulmasını əks etdirən videoalar yerləşdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG