Accessibility links

Yaşayaış məntəqələri artileriya atəşinə tutulub


Hərbi təlim
Hərbi təlim

Aprelin 27-si axşam saatlarından başlayaraq aprelin 28-i Bakı vaxtı ilə saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və Azərbaycan Ordusunun mövqeləri 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq erməni tərəfinin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Mətbuat xidməti bildirir ki, erməni tərəfi son sutka ərzində Dağlıq Qarabağ regionunda və Ermənistanla həmsərhəd rayonlarda atəşkəs rejimini davamlı olaraq pozub.

Rəsmi Yerevan hələ cəbhədəki durumla bağlı məlumat yaymayıb.

XS
SM
MD
LG