Accessibility links

Cəbhədə döyüşlər olub, itkilərin olduğu deyilir


Hərbi təlim

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb

Fevralın 24-dən 25-ə keçən gecə cəbhə boyunca baş verən döyüşlər zamanı Azərbaycan itki verib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin rəsmi açıqlamasınagörə, cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən qarşı tərəflə “daha ağır döyüş toqquşması” baş verib və bu zaman Azərbaycan itki verib.

Nazirlik bildirir ki, döyüş nəticəsində qarşı tərəf geri çəkilib, ancaq rəsmilər hələ ki, Azərbaycanın nə qədər itki verdiyini açıqlamayıb.

“Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhəboyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə Azərbaycan mövqelərinə soxulmağa cəhd göstərib”, açıqlamada deyilir.

Məlumatda göstərilir ki, Azərbaycan ordusunun qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində hərəkəti əvvəlcədən aşkar edərək müdafiənin dərinliyinə irəliləməsinin qarşısı alınıb.

Ancaq qarşı tərəf Azərbaycan Silahlı Qüvvələrin mövqelərini ağır artilleriyadan atəşə tutmaqda davam edir", deyə nazirliyin məlumatında vurğulanır.

Öz növbəsində erməni tərəfi iki istiqamətdə ciddi döyüş toqquşmasının olduğunu təsdiqləyərək Azərbaycan tərəfini cəbhə xəttini yarmaq cəhdində ittiham edib. Ermənistanın Müdafiə Nazirliyi bildirir ki, həlak olan azərbaycanlı əsgərlər neytral zonada qalıb.

XS
SM
MD
LG