Accessibility links

Rusiya təhlükəsizlik qüvvələri Çeçenistanda Əl-Qaida üzvlərindən birini qətlə yetirib


Rusiya təhlükəsizlik qüvvələri Çeçenistanda Əl-Qaida üzvlərindən birini qətlə yetirib
Rusiya təhlükəsizlik qüvvələri Çeçenistanda Əl-Qaida üzvlərindən birini qətlə yetirib

Rusiya rəsmiləri təhlükəsizlik qüvvələrinin Çeçenistanda Əl-Qaidənin Şimali Qafqaz regionu üzrə yüksək səviyyəli üzvlərindən birini öldürdüyünü bildirib. Rusiynın Terrorizmlə Mübarizə Milli Komitəsinin bugünkü məlumatında deyilir ki, öldürülən şəxs səudiyyəli Moqənnəd adı ilə tanınırdı. Komitənin sözçüsü Moqənnədin son illər regionda həyata keçirilən demək olar ki, bütün intiharçı hücumlarda əli olduğunu deyib. Rəsmilər bu şəxsin regionda çeçen lideri Doku Umarov qədər aparıcı rol oynadığını deyirlər. Doku Omarovun yanvar ayında Moskva aeroportunda 37 nəfərin ölümü ilə nəticələnən intiharçı bomba hücumunda əli olduğu deyilir.

XS
SM
MD
LG