Accessibility links

“Cəfəri heyət” dini qrupunun rəhbəri 11 il azadlıqdan məhrum edilib


Abgül Süleymanov
Abgül Süleymanov

Abgül Süleymanov iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasına cəhddə şübhəli bilinir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Cəfəri heyət” dini qruplaşmasının həbsdə olan rəhbəri Abgül Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA agentliyinin məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, A. Süleymanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Süleymanov Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub. O, ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasına cəhddə və insanların itaətsizliyə təhrik etməkdə şübhəli bilinir.
A. Süleymanov saxlanılan zaman üzərindən 23,7 qram narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb. Həmçinin mənzilinə baxış zamanı odlu silah və sursat aşkarlanıb.
XS
SM
MD
LG