Accessibility links

Cəmil Həsənli: Gediləcək bir yol var- Rəsulzadə, Elçibəy yolu! [Video-Müsahibə]


Cəmil Həsənli: Gediləcək bir yol var- Rəsulzadə, Elçibəy yolu!
please wait

No media source currently available

0:00 0:10:05 0:00

Cəmil Həsənli: Gediləcək bir yol var- Rəsulzadə, Elçibəy yolu!

Milli Şuranın prezidentliyə namizədinin Amerikanın Səsinə müsahibəsi

Milli Şuranın prezidentliyə yeni vahid namizədi Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində Milli Şuranın ölkədə demokratiyaya keçidi təmin etmə planları, əhalinin sosial müdafiəsi, gəlirlərin ədalətli bölgüsü, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, Minsk qrupunun həmsədrlik institutu, xarici siyasət, enerji layihələri, Avrointeqrasiya, Amerika ilə strateji müttəfiqlik məsələrindən danışıb.
Avqustun 24-dən başlayaraq Cəmil Həsənlinin evi, onun görüşləri naməlum şəxslər tərəfindən izlənir.


Sual: Siz bəyan edibsiniz ki, mübarizənizdə tarixi baxımdan yolunuz Rəsulzadə, bu gün baxımından Elçibəy yoludur. Bunu necə reallaşdıracaqsınız?

Rəsulzadə, Elçibəy yolu kifayət qədər milli taleyimizlə bağlı olan bir yoldur.
Cavab: Bu milli müstəqillik, demokratiya, xalqımızın firəvanlığı, müstəqilliyimizin xalqımızın ruhuna hopma, ərazimizin bütövlüyü, Azərbaycanın süverenliyi yoludur.
İlk dəfə olaraq 1918- ci il mayın 28-də elan olunmuş istiqlal bəyannaməsinin açdığı bir yoldur ki, bunun beşiyinin başında Məmməd Əmin Rəsulzadə və onun silahdaşları dayanırdı.

1991-ci ildə isə Azərbaycan öz müstəqilliyinə Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Xalq Cəbhəsinin apardığı böyük mübarizə nəticəsində qovuşdu. Hesab edirəm ki, Rəsulzadə, Elçibəy yolu kifayət qədər milli taleyimizlə bağlı olan bir yoldur. Əxlaqlı bir siyasətdir və milli maraqlarımıza uyğun bir siyasətdir.

Sual: Siz indiki rejimə qalib gəlməyi necə görürsünüz? Hansı metodlarla qalib gəlmək istərdiniz?

Gediləcək bir yol var.
Cavab: Mən indi onu açıqlamaq istəmirəm. Bu seçki prosesidir və seçki prosesinin öz qaydaları var. Gediləcək bir yol var. Hər bir namizəd seçkiyə qatılanda, əlbəttə qələbə qazanmaq ümidi ilə qatılır. Bununla bərabər, nə dərəcə bu qələbənin reallığını təmin etmək mükündür? Onu seçki prosesi göstərəcək.

Sual: Seçkiqabağı mühit sizin üçün ədalətlidirmi? İqtidar namizədi ilə eyni, bərabər şəraitdə təbliğat aparmaq, iş görmək imkanları varmı?

Azərbaycan xalqı daha layiqli, daha normal bir həyat haqqına malikdir.
Cavab: Yox. Qanunvericilik üzrə seçki təbliğatı hələ başlanmasa da namizədlərdən biri dövlətin resurslarından öz xeyrinə istifadə edir. Dövlətin nəzarətində olan televiziyalardan, mətbuatdan, dövlətin resurslarından təbliğat üçün istifadə edir. Buna əmək haqlarının seçki dövründə artırılmasını da aid etmək olar. Baxmayaraq ki, biz əmək haqlarının artırılmasının əleyhinə deyilik. Azərbaycan xalqı daha layiqli, daha normal bir həyat haqqına malikdir. Amma, bununla bərabər seçkiyə start verildikdən sonra namizədlərdən birinin dövlətin resurslarından istifadə etməsi seçki qanunvericiliyinə ziddir. Eyni zamanda, dövlətin nəzarətində olan televiziyalardan, adı reklam qoyulmasa da, - namizədlərdən birinin, yəni hakimiyyətin namizədinin təbliğatı gedir.

Sual: Seçki qanunvericiliyi ədalətlidirmi? Təbliğat aparmaq üçün imkanlar varmı?

Amma, bu vaxt çox məhduddur və ədalətli deyil. İyirmi bir gün ərzində bütöv Azərbaycanın seçici dairəsini əhatə etmək mümkün deyil.
Cavab: Əvvəla təbliğat üçün müəyyən bir vaxt ayrılacaq. Seçki təbliğatı da həmin vaxt aparılacaq. Amma, bu vaxt çox məhduddur və ədalətli deyil. İyirmi bir gün ərzində bütöv Azərbaycanın seçici dairəsini əhatə etmək mümkün deyil. Respublikada 80 dən çox rayon var. Amma, bütün bu rayonları əhatə etmək üçün 21 gün vaxt verilib. Bu hətta fiziki cəhətdən mümkün deyil. Bunu yalnız təbliğata ehtiyacı olmayan, xalqın səsinə marağı olmayan bir hakimiyyət edə bilər.

Sual: Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun indiki vaxtda Azərbaycana gəlməsi mümkündürmü? Onu Azərbaycana çağırırsınızmı?

Rüstəm İbrahimbəyovu əlbəttə çağırıram
Cavab: Tamamilə mümkündür. Mən əlbəttə çağırıram. Ümid edirəm gələcək.

Sual: Sizin mübarizə prioritetlərinizdə əsas hansı amillər durur? Ermənistan-Azərbaycan münaqişəsi var. Sizin xarici siyasətinizin prioritetləri indiki hakimiyyətin xarici siyasətdəki prioritetlərindən nə ilə fərqlənir?

Yəni hakimiyyətin yeritdiyi siyasət şou-biznesdir və televiziyaların həddən artıq yüngül dəyərlər üzərində qurulmuş proqramları xalqımızı Qarabağ dərdindən uzaqlaşdırdı.
Cavab: İlk növbədə mən sosial sahəyə diqqət yetirmək istəyərdim. Azərbaycan xalqının yaşam haqqı bundan daha yüksək səviyyəyə layiqdir. Bu günlər Azərbaycanda böyük neft gəlirləri olmasına baxmayaraq, əhalinin geniş dairəsi çox aşağı səviyyədə yaşayır. Əmək haqqları, pensiyalar, məvaciblər həddindən artıq aşağı səviyyədədir. Azərbaycanın imkanları ilə uyğun deyil. Neft gəlirləri olmayan ölkələrdə belə, həyat səviyyəsi bir sıra əlamətlərinə görə Azərbaycandan üstün təsir bağışlayır. Ona görə də mən ilk növbədə Azərbaycan xalqını daha layiqli, layiq olduğu bir həyat tərzinə sahib olmasını vacib hesab edirəm.

Qarabağ məsələsinin ədalətli həllini vacib hesab edirəm. Belə ki, Qarabağ bir vaxtlar, məsələn 10 il əvvəl, ictimai fikirdə ön yerləri tuturdusa indi heç 10-cu yeri də tutmur. Yəni hakimiyyətin yeritdiyi siyasət şou-biznesdir və televiziyaların həddən artıq yüngül dəyərlər üzərində qurulmuş proqramları xalqımızı Qarabağ dərdindən uzaqlaşdırdı. Bu Azərbaycan xalqının maraqlarına uyğun deyil və mən ərazi bütövlüyünün təmin edilməsi, sosial rifah, ədalətli bir cəmiyyətin qurulmasını, Azərbaycanın müstəqilliyindən onun təbii zənginliklərindən hər kəsin faydalanması siyasətini vacib hesab edirəm.

Sual: Xarici siyasət prioritetləriniz indiki siyasətdən nə ilə fərqlənir? Deyirlər ki, indiki siyasət balanslı siyasətə əsaslanır.

İyirmi ildə 20 metr torpaq azad edilməyib. O balans nədən ibarətdir?
Cavab: Deyirlər. Amma haradadır o balans? Azərbaycanın bütün xarici siyasəti işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində qurulmalıdır. Əgər bir dövlətin ərazisi işğal altındadırsa xarici siyasətin ayrı hədəfi ola bilməz. Ona görə də Azərbaycanın bütün siyasət resursları işğal altında olan ərazilərin azad edilməsinə yönəldilməlidir.
İyirmi ildə 20 metr torpaq azad edilməyib. O balans nədən ibarətdir?

Sual: Milli Şuranın yeni vahid namizədinin Rusiyanın Avrasiya İttifaqına və Avrasiya Gömrük İttifaqına münasibəti necədir?

Bünövrədən də Millin Şuranın bəyannaməsində Avroatlantik məkana inteqrasiya prioritet bir istiqamət kimi əksini tapıb.
Cavab: Milli Şura seçkidə iştirak edərkən yəqin bu məsələləri ətraflı müzakirə edəcək. Bünövrədən də Millin Şuranın bəyannaməsində Avroatlantik məkana inteqrasiya prioritet bir istiqamət kimi əksini tapıb. Hesab edirəm ki, Azərbaycan xarici siyasətinin əsas istiqaməti bundan ibarət olmalıdır.

Sual:Sizin neft-qaz kəmərləri siyasətiniz necə olacaq?

Azərbaycan neftindən hər kəs faydalanır, bir Azərbaycan xalqından başqa.
Cavab: Əvvəla, bu bizim siyasət deyil, xalqın siyasətidir. Təbii zənginliklər xalqa məxsusdur. Hər bir hökümətin də borcudur ki, daha əlverişli formada neftini bazarlara çıxarsın. Azərbaycan xalqı maksimum bundan yaralansın.

Amma fakitiki olaraq Azərbaycan xalqı neft-qaz gəlirlərindən uzaqlaşdırılıbdır. Neft gəlirlərinin Azərbaycan xalqına demək olar ki, bir adiyyatı yoxdur. Baxmayaraq ki, büdcənin formalaşdırılmasında neft-qaz gəlirlərindən olan transfertlər əhəmiyyətli rol oynayır. Amma, mənim fikrimcə neft gəlirləri hesabına indiyədək geniş bir infrastruktur yaradılmalı idi. Bu edilmədi. İnsanların iş haqqı, normal yaşayış haqqı var. Buna nail olunmadı.
Azərbaycan neftindən hər kəs faydalanır, bir Azərbaycan xalqından başqa.

Sual: Avropa İttifaqı və Amerika ilə münasibətlər sistemini necə görürsünüz?

Amerika bu günün özündə də Azərbaycanın strateji müttəfiqidir
Cavab: Əlbəttə, bu inkişafda olan münasibətləri mən vacib hesab edirəm. Amerika bu günün özündə də Azərbaycanın strateji müttəfiqidir. Bu strateji müttəfiqliyi genişləndirmək, qarşılıqlı faydalı əməkdaşlıq şəraitində münasibətləri daha da inkişaf etdirmək vacibdir.

Sual: Namizədliyiniz irəli sürüləndən sonra həyatınızla bağlı, ailənizlə bağlı təhllükəli hallar olubdurmu?

Yaşadığım ev, həyət izlənilir.
Cavab: Hesab etmirəm ki, təhlükəli hallar olub. Amma, buna cəhdlər olub. Artıq avqustun 24-dən etibarən ətrafımda cərəyan edənləri müşahidə edəndə hiss elədim ki, fəaliyyətim nəzarət altındadır, izlənirəm.

Yaşadığım ev, həyət izlənilir. Hətta avqustun 24-də saat 6-da ANS TV çəkiliş eləmək istəyirdi. Bizim çəkilişlərin özünü də uzaqdan çəkirdilər. Bu mənim diqqətimdən yayınmadı. Bir sıra xırda-para cəhdlər də olub. Hiss edirəm ki, bizim yaşadığımız ərazidə yeni adamlar peyda olub. Nə qədər onlar xoş niyyətlə peyda olub, bunu mən deyə bilmərəm.
XS
SM
MD
LG