Accessibility links

Çeçenistanda yaraqlılarla prezidentin mühafizəçiləri arasında toqquşma


Rusiya rəsmilərinin bildirdiyinə görə, Çeçenistan prezidentinin şəxsi mühafizəçiləri ilə yaraqlılar arasında baş verən atışma nəticəsində 5-i mülki vətəndaş olmaqla 19 nəfər həlak olub. Yeni məlumatlarda deyilir ki, bu gün səhər Çeçenistan prezidenti Ramzan Kadırovun doğulduğu Tsentoroy kəndində 12 yaraqlı və 2 təhlükəsizlik zabiti öldürülüb. Həmin vaxt Kadırov kənddə olub və əməliyyata özü rəhbərlik edib. O deyib ki, atışma zamanı təsadüf nəticəsində gülləyə tuş gəlib. Başqa bir insident nəticəsində isə polis iki avtomobillə Rusiyanın Kabardin-Balkariya regionu yaxınlığındakı Xasavyurt rayonuna gedən 4 yaraqlını öldürüb.

XS
SM
MD
LG