Accessibility links

Cennifer Qarner People Magazine jurnalına qəzəblənib.


Aktrisa Facebook səhifəsində jurnalın sonuncu buraxılışından narazı olduğu barədə hər kəsə bildirib.

Jurnalın sonuncu buraxılışının üz qabığında aktrisanın şəkli yerləşdirilib, altında isə “Life After Heartbreak” başlıqlığı yazılıb. Və məqalədə onun keçmiş həyat yoldaşı Ben Afflekdən boşanması haqda ətraflı yazılıb.

Qarner məqalə üçün nə şəkil çəkdirib, nə də məqalənin buraxılışına icazə verib. Aktrisanın yumşalaraq üz qabığındakı şəklinin o qədər də böyük faciə olmadığını deməsinə baxmayaraq, bu şəklin altıda yazılanlar onun ailəsinə həqiqətən də təsir göstərir.

45 yaşlı aktrisa jurnalda yazılan məlumatın doğruluğunu sual edir və onun hazırda əkiz uşağa hamilə qaldığı barədə səfeh dedi-qodunun yalan olduğunu təsdiqləyib.

O, əlavə edərək üç gözəl uşağı olduğunu və ailəsinin bununla tamamlandığını bildirib.

Jurnalın sözçüsü bəyanatla çıxış edərək Qarner haqda deyilənlərin ədalətli və həqiqət olduğunu, heç bir dedi-qodu yazılmadığını və məqalədə aktrisanın hamilə qaldığı ilə bağlı bir söz deyilmədiyini bildirib.

XS
SM
MD
LG