Afrika Milli Konqresinin lideri Sayrl Ramaposa cümə axşamı parlament tərəfindən Cənubi Afrikanın yeni prezidenti kimi seçilib.
Ramaposanın gözlənilən seçkiləri prezident Yakob Zumanın istefa verməsindən bir gün sonraya təsadüf edib.
Korrupsiya ittihamlarında günahlandırılan prezident Zuma partiyasının təzyiqləri səbəbindən istefa verməyə məcbur olub.
“Təşkilat rəhbərliyinin qərarı ilə razı olmamağıma baxmayaraq, mən həmişə Afrika Milli Konqresi partiyasının intizamlı üzvü olmuşam. Mən bütün həyatım boyunca xalqıma xidmət etmişəm, ayrıldıqdan sonra da xidmət etməyə davam edəcəyəm” – deyə, Yakob Zuma bildirib.
Afrika Milli Konqresi Yakob Zumanı istefasını alqışlayıb və doqquz illik prezident fəaliyyətinə görə ona təşəkkür bildirib.