Accessibility links

ABŞ-da prezidentliyə namizədlər Cənubi Karolina praymerisinə hazırlaşır


ABŞ prezidentliyi uğrunda yarış Cənubi Karolina ştatında davam edəcək. Orada Demokrat senator Berni Sanders bu həftənin əvvəli Nyu Hempşirdə əldə etdiyi qələbənin imkanlarını artıracağına ümid edir.

Çərşənbə günü ABŞ-da tok-şouda çıxış edən Sanders vədlərinin gənc seçicilərə xitab etməsinin səbəblərini açıqlayıb.

“Ölkəmizdə bu qədər yeni texnologiya var və inkişaf gedir, amma gənclərin yaşayış standartları valideyinlərindən daha aşağıdır, bütün gəlir və sərvət isə yuxarı bir faizə gedir. Gənclər də ağılsız deyil, onlar bunu görüb bu sərvətdən bir payın onlara da gəlməsini istəyirlər,” deyə o bildirib.

Sanders Cənubi Karolinada azlıq icmalar arasında öz mövqeyini yaxşılaşdırmağa çalışır, çünki ilkin rəy sorğuları onların daha çox Hillari Klitonu dəstəklədiyini göstərir. Eyni zamanda Hillari Klinton gənc seçicilər arasında dəstəyini artırmağa çalışır.

Demokratların Cənubi Karolina praymerisi fevralın 27-sində keçiriləcək.

Respublikaçılar tərəfində isə Donald Tramp Nyu Hempşirdəki qələbəsini təkrarlayaraq doqquz gün sonra keçiriləcək Cənubi Karolina praymerisində qalib gəlməyə ümid edir.

Bu dəfə Tramp daha az rəqabətlə üzləşəcək, çünki prezidentliyə iki respublikaçı iddiaçı çərşənbə günü namizədliklərini geri çəkib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG