Accessibility links

Cənubi Koreya prezidenti ABŞ-a səfər edir


Cənubi Koreyanın prezidenti Park Qın-He ABT-nin baş katibi Ban Ki-Munla görüşmək üçün Nyu-Yorkdadır.

Prezident Parkın ABŞ-a beş günlük səfəri çərçivəsində keçirəcəyi görüşlərdən birincisi Cənubi Koreya əsilli BMT baş katibi ilə olacaq.

Çərşənbə axşamı isə cənab Parkın ABŞ prezidenti Barak Obama ilə görüşəcəyi və Şimali Koreyanın bu yaxınlarda ABŞ və Cənubi Koreyaya hücumları ilə bağlı təhdidlərin' dair məsələni müzakirə edəcəkləri gözlənilir.

Cənubi Koreya prezidentinin eləcə də çərşənbə günü Konqresdə keçiriləcək birgə yığıncaqda çıxışı planlaşdırılıb.

Biznesmenlər də daxil edilməklə, 50 nəfərdən çox nümayəndə heyətinə başçılıq edən cənab Parkın çümə axşamı Los-Ancelesdə koreyalı iş adamları ilə görüşəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi olub
please wait

No media source currently available

0:00 0:11:40 0:00

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG