Accessibility links

ABŞ rəsmiləri: Pxençxan Olimpiya Oyunlarına hər hansı bir spesifik təhlükə yoxdur


Birləşmiş Ştatlar bildirir ki, növbəti ay keçiriləcək Qış Olimpiya Oyunları zamanı baş verə biləcək hər hansı spesifik təhlükə haqqında məlumatlı olmasalar da, Şimali Koreya ilə nüvə gərginliyi qalmaqda davam edir.

ABŞ Olimpiya komandasının təhlükəsizliyinə cavabdeh olan yüksək vəzifəli Dövlət Departamenti rəsmisi çərşənbə günü müxbirlərə bildirib ki, onlar Cənubi Koreya ilə birlikdə 2018-ci il Olimpiya Oyunlarına iki il ərzində hazırlaşıblar. Qış Olimpiya Oyunlarının açılış mərasimi 9 fevral tarixində Pxençxan şəhərində keçiriləcək.

Cümə axşamından etibarən idmançılar ev sahibi ölkəsinə gəlməyə başladığı bir zaman, Cənubi Koreya rəsmiləri təhlükəsiz və uğurlu tədbir keçirəcəklərinə əminliklərini ifadə ediblər.

Dövlət Departamentinin aparıcı rəsmiləri deyir ki, Qış Olimpiya Oyunları və Paralimpiya Oyunları zamanı 100 diplomatik təhlükəsizlik agenti Seul və Pxençxana ezam ediləcək. Bu, daha öncəki Olimpiya Oyunlarına göndərilən agentlərin sayı qədərdir.

ABŞ Olimpiya nümayəndə heyətinin sayı 275 nəfər olacaq. Eyni zamanda oyunlarda azarkeş qismində 60 000 amerikalının iştirakı gözlənilir. Onlar arasında vitse-prezident Mayk Pens və həyat yoldaşı Karen Pens də var.

Şimali Koreya da oyunlara idmançılarını göndərir.

XS
SM
MD
LG