Accessibility links

Cənubi Koreyanın sabiq prezidentinin məhkəmə prosesi başlayıb


Cənubi Koreyanın istefaya göndərilmiş sabiq prezidenti Pak Qın He onun işi üzrə açılış məhkəməsində ona ünvanlanan bütün ittihamları inkar edib.

May ayında ölkənin Ali Məhkəməsi tərəfindən vəzifədən azad edildikdən bir neçə gün sonra həbs edilən Pak bu günə qədər ictimaiyyət qarşısına çıxmamışdı. Ona qarşı korrupsiya, səlahiyyətlərdən sui-istifadə, təhriketmə və dövlət sirlərinin sizdırılması ittihamları irəli sürülüb.

Məhkəmənin ilk iclasında sabiq prezidentlə bərabər, müttəhimlər kürsüsündə onun uzunmüddətli rəfiqəsi Ço Sun Sil də iştirak edib. İttihamlara əsasən onlar şübhəli fondlara 69 milyon dollar ianə edilməsi üçün bir neçə koreyalı şirkət başçılarına təzyiq göstəriblər.

65 yaşlı Pakın vəzifədən uzaqşadırılması parlamentin dekabr ayında ona qarşı impiçment qərarı verməsindən sonra baş tutub. O, korrupsiya ittihamları üzrə məhkəmə önünə çıxan üçüncü Cənubi Koreya lideridir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG