Cənubi Koreyada bir il davam edən və prezidentin impiçmenti ilə nəticələnən siyasi qalmaqaldan sonra mayın 9-da prezident seçkiləri keçiriləcək.
Ən son rəy sorğularında 40 faiz səslə öndə gələn Koreyanın Liberal Demokrat Partiyasının namizədi Mun Ce-in bazar ertəsi son çağırışını edib.
Seulda çıxış edən Mun deyib ki, ölkədə hər hansı dəyişiklik etmək seçicilərdən asılı olacaq.
“Dünyanın nə qədər dəyişəcəyi vətəndaşların nə dərəcədə əməkdaşlıq etdiyindən asılıdır. Bizim məqsədimiz təkcə höküməti dəyişmək deyil. Bizim məqsədimiz yeni dünya yaratmaqdır”, deyə o bildirib.
Xalq Partiyasının namizədi liberal An Çeol-su rəy sorğularında 20 faiz, digər namizədlər isə daha da az dəstək alıb.
Bazar ertəsi An tərəfdarlarına deyib ki, əgər seçilsə, ölkəni birləşdirməyə çalışacaq.
Ötən prezident seçkilərində qalib gələn mühafizəkar Pak Qın-he dekabr ayında dostu Çoi Sun-sillə birlikdə koreyalı şirkətləri iki şübhəli fonda 65 milyon dollar ianə verməyə məcbur etməsindən sonra impiç edilib.
Vəzifədən kənarlaşırılandan sonra Pak həbs olunub və rüşvət və hazırda korrupsiya ittihamları ilə mühakimə olunur.