Accessibility links

Cənubi Koreyada raket müdafiə sistemi yerləşdiriləcək


Cənubi Koreya prezidenti Park Geun-hye ölkənin cənub-şəqr yarımadasında ABŞ istehsalı raketlərdən müdafiə sisteminin yerləşdirilməsi qərarını müdafiə edir. Bəzi insanlar isə buna etiraz etməkdə davam edir.

Milli Təhülkəsizlik Şurasının iclasındakı çıxışı zamanı prezident Park Şimali Koreyanın artan balistik rakek imkanlarının hökümətə raketlərdən müdafiə sisteminin yerləşdirməkdən başqa çarə buraxmadığını və buna qarşı etiraz edənlərin təhlükənin ciddiliyini anlamadıqlarını deyib.

Park bildirib ki, hökümət xalqını Şimali Koreyadan gələn təhlükələrdən qorumaq üçün lazımi tədbirləri görməlidir.

Raketlərdən müdafiə sistemini Seongju əyalətində yerləşdirmək qərarı oradakı sakinlərin etirazına səbəb olub. Onlar radara əsaslanan bu sistemin səhiyyə və ətraf mühitə yaradacağı mümkün təhlükələrdən qorxurlar. Minlərlə Seongju sakini cümə axşamı Seulda kütləvi nümayişlər keçirib.

Çərşənbə axşamı Şimali Koreya Huanqu şəhərindən üç balistik raket göndərib. Raketlər 500-600 kilometr uçduqdan sonra Koreya yarımadasının şərq sahilinə yaxın yerdə dənizə düşüb.

XS
SM
MD
LG