Accessibility links

Cənubi Koreyanın keçmiş prezidentinə qarşı rüşvət ittihamı irəli sürülüb


Cənubi koreyalı prokurorlar devrilmiş Pak Qın Heni rəsmi olaraq rüşvətdə ittiham edib.

Prokurorluq iddianaməni bazar ertəsi açıqlayaraq, Pak Qın-Henin işini cinayət məhkəməsinə göndərib.

Ölkənin vəzifəsindən devrilən ilk demokratik yolla seçilmiş prezidenti Pak ötən ay Cənubi Koreya məhkəməsi prokurorun rüşvət, fırıldaq və vəzifədən sui-istifadə ittihamları ilə bağlı həbs qərarını təsdiq edəndən sonra həbs olunub .

Paka qarşı cinayət ittihamları onun devirilməsinə səbəb olan siyasi qalmaqalla əlaqəlidir. Bu qalmaqala əsasən o, uzun illərdir dostu olan Çoi Sun-sillə birlikdə koreyalı komqlomeratları iki şübhəli fonda 69 milyon dollardan çox pul ianə etməyə məcbur edib.

Aylar boyu davam edən Pakın impiçment məsələsi Cənubi Koreya yarımadasını ikiyə bölüb, Pakın həm tərəfdarları, həm də əlehdarları ölkə boyu böyük nümayişlər keçirib.

Onun impiçment qərarının açıqlandığı gün məhkəmə qarşısında polislə yaranan qarşıdurma zamanı Pakın iki tərəfdarı ölüb.

Pak hökümətdən əlverişli imtiyazlar qarşılığında Samsung Group-un başçısı Cey Li kimi böyük şirkətlərin icraçılarından rüşvət aldığına görə məhkum olunsa, 10 il müddətinə həbs oluna bilər. Hər hansı imtiyaz qarşılığında rüşvət verdiyini inkar edən Li və Çoi artıq həbsdədir və onlar ayrı-ayrı mühakimə olunur.

XS
SM
MD
LG