Accessibility links

Cənubi Koreyanın xüsusi nümayəndə heyəti Şimali Koreyaya səfər edib


Cənubi Koreya prezidenti Mun Ca-İnin xüsusi nümayəndə heyəti verilən məlumata görə bazar ertəsi Şimali Koreya prezidenti Kim Conq Unla görüşüb.

Mətbuatdan alınan məlumata əsasən, Kim Cənubi Koreya nümayəndələrinə şam ziyafəti verib.

Munun yüksək səviyyəli təhlükəsizlik müşaviri Çanq Eui-Yonqin başçılığı ilə 10 nəfərdən ibarət nümayəndə heyəti Seuldan Pxenyana birbaşa təyyarə ilə səfər edib.

“Pxenqçanq Qış Olimpiya oyunları çərçivəsində əldə edilən Koreyalararası danışıqlar və münasibətləri inkişaf etdirmək üçün biz prezident Munun Koreya yarımadasını nüvəsizləşdirmək, səmimi və daimi sülh danışıqlarını bərpa etmək barədə qətiyyətliliyini və istəyini çatdıracağıq”, deyə Çanq Eui-Yonq bildirib.

Çanq həmçinin deyib ki, Pxenyanla Vaşinqton arasında dialoqun bərpasına kömək etmək üçün daha əhatəli danışıqların aparılmasına çalışacaq.

Bu missiya nəzərdə tutulmuş hərbi təlimə görə gərginləşə bilər. Şimali Koreyanın rəsmi KCNA xəbər agentliyi ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimlər keçirərsə, Pxenyanın ABŞ-a lazımı cavabı verəcəyini bildirib.

Şimali Koreyaa iki günlük səfərdən sonra Cənubi Koreyanın xüsusi nümayəndə heyəti Pxenyanla müzakirələrin detallarını Amerika rəsmiləri ilə bölüşmək üçün ABŞ-a səfər edəcək.

Şimali Koreya rəsmiləri bundan əvvəl Muna ABŞ-la danışıqlara başlamağa razı olduqlarını deyib. Lakin ABŞ prezidenti Donald Tramp buna cavabında danışıqların yalnız doğru şərtlərlə baş tuta biləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG