Cənubi Koreyada hospitalda baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb. Ölənlərin sayının artacağı gözlənilir.
Yanğın nəticəsində 10-u ciddi xəsarət almaqla, 70-dən çox insan yaralanıb. Yanğınsöndürənlər deyir ki, yanğın cümə Seuldan 300 kilometr cənubda Miryang şəhərində yerləşən Seconq Xəstəxanasının təciri yardım otağında başlayıb və sürəli şəkildə yayılıb.
Verilən məlumatlara görə, yanğın zamanı binanın içində və yaxınlıqdakı qocalar evində 200 pasient olub. Korean Herald-ən bildirdiyinə görə, qocalar evinin 94 pasientinin hər biri təhülkəsiz şəkilə təxliyə edilib.
Cənubi Koreya prezidenti Mun Cae-in ən yüksək səviyyəli müşavirləri ilə fövqəladə iclas keçirib və onları yanğından sağ çıxanları lazım olar tibbi yardımlə təmin edərək, ölənlərin sayının artmasının qarşısını almağa çağırıb.
Prezidentin sözçüsü deyib ki, Mun yanğınla bağlı “təəssüf və kədərini” ifadə edib.
Cənubi Koreyanın Yonhap xəbər agentliyi bildirib ki, yüksək səviyyəli hpküəmt rəsmiləri ilə müxalifət üzvləri nadir birlik göstərərək, Miryanga gedib və qurbanların ailələrinə başsağlığı bildirib.
Yanğını söndürmək üç saat vaxt alıb.
Yanğınsöndürmə idarəsinin rəisi Çoi Man-vu müxbirlərə deyib ki, yanğının səbəbi hələ ki, bilinmir.