Accessibility links

Cənubi Koreyanın keçmiş prezidenti Li rüşvətxorluqda ittiham olunur


Ötən aydan bəri həbsdə olan Li ittihamları siyasi motivli adlandırır

Cənubi Koreya prokurorları keçmiş prezident Li Myunq-bakı rüşvətxorluq və pul mənimsəmədə ittiham edir.

Li Samsung və Cənubi Koreyanın casusluq agentliyindən 10 milyon dollar rüşvət almaqda ittiham olunur. Prokurorlar həmçinin deyir ki, Li sahib olduğu özəl şirkətdən 33 milyon dollar mənimsəyib.

Ötən aydan bəri həbsdə olan Li ittihamları siyasi motivli adlandıraraq, rədd edir.

2008-ci ildən 2013-cü ilədək hakimiyyətdə olan mühafizəkar biznesmen vəzifədən getmədən əvvəl və ya daha sonrakı illərdə korrupsiya ittihamları ilə üzləşən dördüncü Cənubi Koreya lideridir.

Onun xələfi Pak Qın-he də cümə günü korrupsiya ittihamı ilə 24 il müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG