Accessibility links

Cənubi Koreyada siyasi böhran


Prezident Park Geun-hyenin keçmiş müşaviri həbs edilib

Cənubi Koreyalı ittihamçılar mənfəət müqabilində öz nüfuzundan istifadə etmək ittihamları ilə əlaqəli olaraq prezident Park Geun-hyenin keçmiş müşavirini həbs edib.

Ötən həftənin sonu bir neçə kabinet üzvü ilə birlikdə istefa vermədən öncə Ahn Conq-beom Parkın siyasi koordinasiya naziri idi.

Ahn prezident Parkın uzun illər dostluq etdiyi Çoi Sun-silə şirkətləri onun təsisivə idarə etdiyi qeyri-kommersiya təşkilatlarına ianələr verməyə məcbur etməkdə yardım edib. İddialara görə, Çoi bu pulların bir hissəsini şəxsi mənfəəti üçün istifadə edib.

Çoi üç gün davam edən sorğulamadan və ittihamçıların onun barəsində həbs qərarı çıxarmasından sonra çərşənbə günü həbs edilib.

Cənubi Koreya mətbuatı spekulyasiya edir ki, Çoi hökümətdə heç bir vəzifəyə sahib olmasa da, gizli məlumatlara çıxışı olub.

Çərşənbə günü Park kabinetə bir neçə yeni nazirin təyin olunduğunu açıqlayıb. Park və onun administrasiyası ilə bağlı artan tənqidlərə cavab olaraq prezident yeni baş nazir də təyin edib.

Parkın yeni təyin etdiyi baş nazir Kim Byonq-cun deyib ki, konstitusiyada dövlətə xəyant və üsyan kimi ağır cinayətlər istisna olmaqla, vəzifəsini icra edən prezidentlərə qarşı cinayət ittihamlarının irəli sürülməsini qadağan edən müddəanın olmasına baxmayaraq, prezidentin özünün istintaqa cəlb olunması mümkündür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG