Accessibility links

Cənubi Sudanlı silahlılar Efiopiyada 140 nəfər qətlə yetirib


Ethiopia map
Ethiopia map

Efiopiya hökuməti bildirir ki, Cənubi Sudandan olan bir qrup silahlı sərhəddə reyd keçirərək 140 nəfəri öldürməklə yanaşı, çoxsaylı uşağı oğurlayıb.

Efiopiya rəsmiləri cümə günü Qambella yaxınlığında baş vermiş hücuma görə Murle etnik yaraqlılarını günahlandırıb. Onlar bildirir ki, öldürülənlərin çoxu qadın və uşaqlar olub və çoxsaylı uşaq oğurlanaraq Cənubi Sudana aparılıb.

"Hazırda Efiopiya müdafiə qüvvələri canilərin axtarışını davam etdirir" - deyə Efiopiya kommunikasiya naziri Qetaçeu Reda Associated Press-ə açıqlamasında bildirib.

Reda deyib ki, hücumu həyata keçirənlərin Cənubi Sudan hökuməti vəya ölkədəki üsyançılarla heç bir əlaqəsi yoxdur.

Onun sözlərinə görə, Efiopiya qüvvələri indiyədək silahlıların 60 üzvünü öldürüb və onların axtarışını davam etdirmək üçün Cənubi Sudan sərhədləri daxilinə keçə bilər.

Efiopiya Cənubi Sudandan olan minlərlə qaçqına ev sahibliyi edir. Onların da təxminən 272 mini Qambellada məskunlaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG