Cənubi Sudan paytaxtında 100-dən çox insanın ölümü ilə nəticələnən rəqib fraksiyalar arasında günlərlə davam edən zorakılıqlardan sonra bu gün silahlı qarşıdurma yenidən baş qaldırıb.
Cubada şahidlər deyir ki, sabiq üsyançılarla hökumət qüvvələri arasında atəş mübadiləsi ara verməyib.
Bu gün səhər saatlarında ABŞ Dövlət Departamenti ölkənin müstəqilliyinin 5-ci ildönümü ərəfəsindəki qanlı döyüşlərdən sonra Cənubi Sudanda təcili sakitliyə çağırmışdı.
ABŞ-ın açıqladığı bəyanatda prezident Salva Kiirə sadiq döyüşçülər və onun rəqibi, hazırki birinci vitse-prezident Riek Maçarı dəstəkləyənlər atəşə son qoymağa çağırılır.
Qarşıdurma ilk olaraq 2 gün öncə prezidenti mühafizə edən 5 əsgərin Maçar loyalistləri tərəfindən öldürülməsindən sonra başlayıb.
Bir neçə saat sonra isə iki rəsmi prezident sarayında görüşən zaman BMT müşahidəçilər məcburi köçkünlərin düşərgəsinin yaxınlığında güclü atışmanın getdiyi bildirib.
İlk olaraq nə Kiir, nə də Maçar döyüşlərə dair bir izahat verməsə də, onlar tərəfdarlarını sakit olmağa çağırıb.