Accessibility links

Məşhur komediya ustası Cerri Lyuis vəfat edib


Amerikalı komediyaçı Cerri Lyuis Las Veqasdakı evinə dünyasını dəyişib. Onun 91 yaşı var idi. Lyuis öz filmlərində çəkilmədən öncə, mərhum Din Martinlə birlikdə komik rolları ifa edirdi.

Populyarlıqlarının zirvəsində ikən Martin və Lyuis tez-tez gecə klubları, radio və kinoteatlarda çıxış edirdi.

Lyuisin karyerası 5 yaşında valideyinlərinin vodevil tamaşaları ilə başlayıb. Martinlə ifa etdikləri rollarla beynəlxalq ulduza çevrildiyində Lyuis 20 yaşında idi.

Martindən ayrıldıqdan sonra isə Lyuis The Bellboy və Nutty Professor kimi klassik filmlər sayəsində 1960-ci illərin ortasınadək bir nömrəli komediyaçı olaraq qaldı. Paramount-un ən böyük ulduzu olaraq o, istədiyini edə bimək üçün yaradıcı azadlığa sahib idi.

Bundan əlavə Lyuis 50 ildən çox əzələ distrofiyasına qarşı apardığı mübarizə ilə tanınıb. O, 1995-ci ildən 2010-cu ilədək hər il ABŞ-da qeyd olunan İşçi Günündə teleton, yəni televiziya vasitəsilə ianə kampaniyası keçirərək xəstəliyə qarşı mübarizə üçün təxminən 2,5 milyard dollar ianə toplayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG