Accessibility links

"Son 10 il ərzində Azərbaycan və Ermənistan hərbi itkilərinin sayı təxminən eynidir" [Audio-Müsahibə]


Amerikanın Səsinə müsahibədə "Xəzər" Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli son 15 ildə Azərbaycan Silahlı Qüvvələrindəki itkilərin statistikası və səbəbləri haqqında danışıb

"Xəzər" Hərbi Tədqiqatlar İnstitutunun Azərbaycanda KİV və EİV üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə görə, 2017-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 59 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 19 nəfəri döyüş, 40 nəfəri isə qeyri-döyüş itkisidir.

2003-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 1106 hərbi qulluqçusunu itirib.
2003-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 1106 hərbi qulluqçusunu itirib.

Təşkilatın rəhbəri Cəsur Sümərinlinin sözlərinə görə, statistik göstəricilər arasında ən çox diqqət çəkən və təəssüf doğuran məsələ müəmmalı ölümlərlə bağlı olan hissədir.

“Statistika göstərdi ki, son 15 il ərzində ən çox müəmmalı ölüm məhz 2017-ci ildə olub. 13 nəfər. Adətən ölümlərlə bağlı güc strukturları ətraflı məlumat verməsə də, biz bir müddət sonra müxtəlif vasitələrlə ölümün səbəbini ortaya çıxara bilirdik. Lakin bəzi ölüm hadisələri var ki, nə qədər çalışşaq da, bununla bağlı nəticə əldə edə bilmirik.”

Ordunun KİV-lərə qarşı qapalılığı özünü müəmmalı ölümlərin sayının çoxluğunda göstərdib

Ekspert bildirib ki, bunun əsas səbəblərindən biri ötən ilin mart ayından başlayaraq orduda baş verən cəsus qalmaqalı məsələsi ilə bağlıdır.

“Həmin hadisələr zamanı alınan məlumalara görə, 4 nəfərdən artıq qulluqçu səbəbi bəlli olmayan hadisələrdən dünyasını dəyişdi. Onların yaxınları da hər hansı bir açıqlama verməkdən qorxdular. Son illərdə Azərbaycan ordusu cəmiyyətə və kütləvi informasiya vasitələrinə qarşı həddindən artıq qapalıdır. 13 nəfər çox ciddi rəqəmdir və hesab edirəm ki, güc strukturlarının rəhbərliyi təhlükəsizlik sektorunda olan bütün əsgər ölümlərinin səbəbi ilə bağlı bir-bir açıqlama verməlidir.

Gürcüstan təcrübəsi bizə göstərir ki, hüquq-mühafizə orqanlarında korrupsiyanın hallarına son qoyularsa əsgər ölümlərinin sıfırlanmasına nail olmaq olar

Təşkilat son 2 ildə təkcə Azərbaycanı deyil, Cənubi Qafqaz regionu da daxil, digər iki ölkə olan Ermənistan və Gürcüstanın silahlı qüvvələrin də itkilərinin statistikasını aparan təşkilatın rəhbəri bildirib ki, Azərbaycan və Ermənistan müharibə-münaqişə şəraitində olduğu və Gürcüstanın NATO standartlarına uyğun islahatlar həyata keçirdiyi üçün bu ölkələrin itkilərinin müqayisə çox vacibdir.

“Biz bu müqayisə ilə göstərmək istəyirik ki, doğrudan da ordudakı islahatlar itkilərin sayının azalmasına gətirib çıxarır, ya yox. Keçən il Gürcüstan ordusunun 1 xüsusi təyinatlı hərbi qulluqçusu anti-terror reydləri zamanı dünyasını dəyişib. Ümumilikdə isə 10 gürcü hərbi qulluqçusu yaralanıb və ya xəsarət alıb. Gürcüstan təcrübəsi bizə göstərir ki, əgər islahatlar keçirilsə, hərbi strukturların və bölmələrinin yenidən qurulması nəticəsində hüquq-mühafizə orqanlarında korrupsiya hallarının aşağı düşməsinə nail olmaq olar və son nəticə isə əsgər ölümlərinin sıfırlanmasına gətirib çıxarar.”

Ermənistan Silahlı Qüvvələrinin 59 hərbi qulluqçusu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 22-si döyüş, 37 nəfəri isə qeyri-döyüş itkisidir.
Ermənistan Silahlı Qüvvələrinin 59 hərbi qulluqçusu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 22-si döyüş, 37 nəfəri isə qeyri-döyüş itkisidir.

Cəsur Sümərinlinin sözlərinə görə, araşdırmalar nəticəsində ortaya çıxan maraqlı fakt odur ki, keçən il Azərbaycandakı ümumi hərbi itkilərin sayı ilə Ermənistan müdafiə və təhlükəsizlik sektorunda olan itkilərin sayı eynidir. Hər iki ölkə keçən il 59 nəfər itki verib.

“İtkilərin detallarına baxsaq görərik ki, hətta ölüm səbəblərinə görə yəni, cəbhə xəttində ölənlərlə, qeyri-döyüş şəraitindəki itkilərinin sayında da müəyyən qədər uyğunluqlar var. Bu uyğunluğa səbəb də məhz hər ikisi eyni səviyyəli silahlı qüvvələr quruculuğa malik olmasındadır. Hər iki ölkənin Təhlükəsizlik və Müdafiə sektoru keçmiş sovet ordu quruculuğu standartı və müəyyən dərəcədə NATO ölkələrində götürülmüş islahatlar əsasında təşkil edilib. Nəticədə də çox uğursuz ordu quruculuğu formatı ortaya çıxıb.”

Hesabatlılığın olmaması ordu quruculuğu uğurunu ciddi şəkildə şüphə altına alır

Həm Azərbaycan, həm də Ermənistan ordusunun cəmiyyət qarşısında hesabatlılığının olmadığını bildirən Cəsur bəy əlavə edir ki, Azərbaycan neftə görə müəyyən dərəcədə üstünlüyə malik olsa da, bu üstünlüyü silahlı qüvvələr quruculuğunda göstərə bilmir.

“Orduda ciddi islahatlar həyata keçirilmir, rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə aparılmır. Aparılırsa belə cəmiyyətə bu haqda məlumat verilmir. Jurnalistlərə təzyiqlər olunduğu üçün onlar hərbi sahədə baş verən prosesləri işıqlandıra bilmirlər. Həmçinin, parlamentdə də hər hansı bir şəkildə ordu müzakirələrini görmək mümkün deyil. Bu da ordu quruculuğunun uğurunu ciddi şəkildə şüphə altına alır.”

Fikirləriniz

Show comments

XS
SM
MD
LG