Accessibility links

Polis 7 tondan çox çətənə kolunu məhv edib


Cetene kolu
Cetene kolu

Polis yabanı bitən narkotik tərkibli çətənə kollarını məhv etmək üçün bütün regionlarda əməliyyat keçirir

Son günlər polisin həyata keçirdiyi tədbirlər nəticəsində on tonlarla narkotik tərkibli çətənə kolu məhv edilib. Bu əməliyyatlar zamanı polis kultivasiya yolu becərilən çətənə kolları da aşkar edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyunun 26-da Balakən rayon polis şöbəsi Zaqatala Dövlət Qoruğu ərazisindən naməlum şəxs tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 5 kiloqram olan çətənə kolu aşkar edərək götürüb.

Bununla yanaşı, DİN Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Şəki hava limanının ərazisindən 790 kiloqram, Oğuz Rayon Polis şöbəsi Malıx kəndi ərazisindən 991 kiloqram, Ağstafa rayon polis şöbəsi Qarayazı qəsəbəsindən 5372 kiloqram yabanı halda bitmiş çətənə kollarını yığaraq məhv edib.
Ümumilikdə son həftələrdə polis on tonlarla yabanı bitən çətənə kollarını məhv edib.
XS
SM
MD
LG