Accessibility links

Çexiyanın kimya zavodunda yanğın


Çexiyanın Kralupi nad Vltavou şəhərində kimya zavodunda partlayış olub, azı 6 nəfər həlak olub. Bu şəhər paytaxt Praqadan 30 kilometr şimalda yerləşir.

Regional yanğınsöndürmə xidmətinin sözçüsü Vladimira Kerekova 6 nəfərin öldüyünü, bir neçə nəfərin ciddi xəsarət aldığını bildirib.

Digər sözçü Petr Svobodanın dediyinə görə, ərazidə əlavə partlayış təhlükəsi yoxdur. O, xəsarət alanların ikisinin xəstəxanaya aparıldığını bildirib.

Şəhərin meri Petr Holecek Çexiya ictimai televiziyasına deyib ki, hansısa maddə ilə dolu tank Synthos zavodunda partlayıb.

Holecek partlayış yerindən danışıb, şəhərə təhlükə olmadığına inandığını söyləyib.

Polis ərazidə nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG