Accessibility links

Ağ Ev Türkiyədə hadisələri yaxından və narahatlıqla izləyir


Ağ Evin sözçüsü Cey Karni ABŞ-ın insanların dinc etiraz etmək hüququnu dəstəklədiyini bildirib


Ağ Ev sözçüsü Cey Karni mətbuat konfransında Obama administrasiyasının Türkiyədə baş verən hadisələri yaxından və narahatlıqla izlədiyini bildirib. O, ABŞ-ın insanların dinc etiraz etmək hüququna dəstək verdiyini ifadə edib.

Cey Karni ABŞ-ın ifadə və toplaşmaq azadlığına, o cümlədən insanların dinc etiraz etmək hüququnu hər bir demokratik ölkədə insanların fundamental hüququ kimi dəstəklədiyini bir daha dilə gətirib.

Ağ Evin sözçüsü ABŞ-ın Taksim meydanı yaxınlığında Gezi parkı nümayişlərinə qatılan etirazçıların böyük əksəriyyətinin qanuni hüquqlarından istifadə edən sülhsevər sadə vətəndaşlar olduğuna inandığını ifadə edib.

"Polisin ifrat gücdən istifadə etməsi, yaralananların olması və əmlaka zərər dəyməsi ilə bağlı xəbərlər bizi narahat etməyə davam edir. Biz bu halların təhqiq edilməsi çağırışlarını alqışlayırıq və tərəfləri zorakılıqdan çəkinməyə çağırmağa davam edirik. Vəziyyəti izləyirik və ifadə etdiyimiz narahatlıqlar qalmağa davam edir"-deyə Cey Karni bəyan edib.







Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG