Accessibility links

Ceyms Uorlik: Dağlıq Qarabağın әtrafındakı 7 rayon Azәrbaycanın nәzarәtinә qaytarılmalıdır


Ceyms Uorlik
Ceyms Uorlik

“Mәn daha әvvәl Karnegi Fondunda çıxışım zamanı da bildirmişdim ki, hәrtәrəfli hәllin bir hissәsi kimi Dağlıq Qarabağ әtrafındakı 7 rayon Azәrbaycanın nәzarәtinә qaytarılmalıdır".

Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfərindən sonra Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun qaytarılmasının gündəmə gəlməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

C. Uorlik bildirib ki, hәllin digәr vacib elementi Dağlıq Qarabağın statusunun müәyyәnlәşdirilməsi olacaq.

"Bu elementlәri özündә birlәşdirәn hәllә çatmaq üçün siyasi iradә tapmaq prezidentlәr üçün çox vacibdir”, - deyə C. Uorlik vurğulayıb.

Xatırladaq ki, bu ilin dekabrında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Hazırda Minsk qrupunun həmsədrləri prezidentlərin görüşü ilə bağlı hazırlıq işlərini görür.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG